Plenar iclaslar 23 Fevral 2024, 16:03 | Baxış sayı: 236
"Konstitusiya Məhkəməsində qanunvericliyi pozan hakimlər qalır "

Konstitusiya Məhkəməsində hakim vəzifəsində yaşı 70-dən yuxarı olan hakimlər var, bu da qanunvericiliyin pozulmasıdır. Bunu deputat Qüdrət Həsənquliyev deyib.
 

"Fikrət Məmmədovun bu vəzfiəni icra etməsi üçün hələ 1 il 4 ay vaxtı var. Amma Konstitusiya Məhkəməsində yaşı 70-dən yuxarı olan hakimlər var. Qanunvericiliyə görə həmin vəzifənin icrası 70 yaşda bitir. Yetərincə cavan vicdanlı hakimlərimiz var. Reallıqda bunu etmək mümkün deyilsə qanunvericilikdə bu yaş həddini ləğv edək. Dövlət orqanları qanuna əməl etməyəndə vətəndaşlara pis nümunə olur”, - deputat fevralın23-də Milli Məclisin plenar iclasında bildirib.

anews.az

Xəbərlər