KOMİTƏ İCLASLARI, Qanun Layihələri 11 Noyabr 2021, 15:19 | Baxış sayı: 244
"Kommunal xidmətlərin 40 faizə qədəri Bakıda istifadə edilir".

“Azərbaycanda əhalinin 30 faizindən çoxu paytaxtda yaşayır”.

Bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, kommunal xidmətlərin 40 faizə qədəri Bakıda istifadə edilir: “Bakının yüklənməsi iqtisadi, sosial, nəqliyyat və digər problemlər doğurur. Bakının yüklənməsi artıq sosial-psixoloji fenomenə çevrilib və cəmiyyəti hökumətin bu sahədə atacağı addımlar maraqlandırır”.

Xəbərlər