Siyasət 11 May 2023, 23:15 | Baxış sayı: 153
"Kılıçdaroğlunun Azərbaycansız "türk yolu" arzusu gözündə qalacaq"

Millət İttifaqından Türkiyə prezidentliyinə namizəd olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu "türk yolu" layihəsindən danışıb.

 

Kılıçdaroğlunun sözlərinə görə, onun layihəsi Türkiyə ilə Çini birləşdirmək üçün təxminən 5500 km uzunluğunda avtomobil və dəmir yolu qoşa xəttinin çəkilişini nəzərdə tutur. Partiya sədri Türkiyə, İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Çini birləşdirəcək yeni "İpək Yolu”nun ölkəsini Türk Dünyasının ticarət qapısına çevirəcəyini güman edir. Maraqlıdır ki, CHP lideri layihəsində bir kəlmə belə olsun Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycanın adını çəkməyib.

 

Ətraflı

 

Ads by 

0

Reklamınızı SmartBee ilə effektiv edin.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AZXEBER.COM-a açıqlama verib.

 

O deyib ki, Türkiyə - Azərbaycan münasibətləri o səviyyədədir ki, ona heç bir siyasətçi ləkə gətirə bilməz:

 

"Hazırda Türkiyədə seçki prosesi özünün ən qızğın dövrünə qədəm qoyur. Biz Türkiyədə iki qütbün şahidiyik. Birincisi milli iradəni təmsil edən Rəcəb Tayyib Ərdoğan, digəri isə Qərbin iradə və diktəsini təmsil edən Kamal Kılıçdaroğlu. Biz ikinci qrupa daxil olanların zaman-zaman Azərbaycana xoş olmayan münasibətlərinin şahidi olmuşuq. Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da seçki prosesi ilə bağlı çıxışda Azərbaycanla bağlı bu məqama xüsusi diqqət çəkdi. Amma Azərbaycan-Türkiyə münasibətləri bu gün o səviyyədədir ki, hansısa siyasətçinin bu reallığı pozmağa nə gücü, nə imkanı var”.
 

Millət vəkili hesab edir ki, K.Kılıçdaroğlunun göstərdiyi xəritə, verdiyi vədlər hər şeydən öncə Türkiyənin özündə milli iradənin, dövlətçilik maraqlarının ziddinədir:

 

"Əminəm ki, müdrik türk xalqı seçki günü bu yanaşmanın türk dünyasına yönələn bu xain münasibətin hesabını Kılıçdaroğlundan da, onun tərəfdarlarından da soracaq. Cənab İlham Əliyev də bu gün Şuşada özünün yol xəritəsi xarakterli çıxışında da Azərbaycanın mövqeyinin bir daha ifadə etdi. Artıq dünyanını diqqət mərkəzinə çevrilmiş, Zəngəzur dəhlizinin, Orta dəhliz məsələsinin fəaliyyəti barədə aydın fikirlər ifadə etdi. Bu mənada hesab edirəm ki, K.Kılıçdaroğlu və digərlərinin hər hansı bəyanatlarının heç bir önəmi yoxdur. Onun eləcə də o cür düşünən hər kəsin Azərbaycansız "türk yolu" arzusu gözündə qalacaq”.

Xəbərlər