"Kişilərimizi itəliyib sıradan çıxartmaq yaxşı şeyə gətirib çıxartmaz”.
Kişilərimizi itəliyib sıradan çıxartmaq yaxşı şeyə gətirib çıxartmaz”.
Bu sözləri Milli Məclisin deputatı Jalə Əhmədova feministlərlə bağlı danışarkən deyib. Millət vəkili bildirib ki, öncə kişi, sonra qadın gəlməlidir:
“Allah elə yaradıb. Biz, zərif cinsin nümayəndələrinin hansısa kişi ilə fiziki gücü bir ola bilər. Əlbəttə, xeyr! Bu, artıq cavabdır. Mənim feminist mövzusunda azərbaycanlı xanım olaraq fikrim sərt, radikaldır. Biz belə gömüşük. İş yerləri, seçki hüququ məsələlərində əlbəttə ki, bərabərlikdir”.
Deputat Jalə Əhmədova deyib ki, buna baxmayaraq, feminist xanımların dediyi kimi, kişilərimizin itəliyib sıradan çıxarmaq, feminizmliyə üstünlük vermək heç də yaxşı şeyə gətirib çıxarmaz. Jalə Əhmadova feministlərlə bağlı düşüncələrinə onu da əlavə edib ki, elə yerdə ruzi, bərəkət, hüzur olmaz.