Siyasət 19 Aprel 2021, 18:23 | Baxış sayı: 296
"Kiçicik bir təxribat olacağı təqdirdə ona çox sərt cavab olmalıdır!"

Deputat Qüdrət Həsənquliyev: "Kiçicik bir təxribat olacağı təqdirdə ona çox sərt cavab olmalıdır! Əgər sülhməramlılar o təxribatın qarşısını ala bilmirsə, deməli, Azərbaycan ona sərt cavab verməlidir. Bu zaman sülhməramlıların da nə deyəcəyinin bizimçün əhəmiyyəti olmamalıdır. Ümumiyyətlə, sülhməramlılar özlərini doğrudan da sülhməramlı kimi aparmalıdırlar. Hazırda o, Muradov özünü sülhməramlıların komandirindən daha çox, bölgənin general-qubernatoru kimi aparır. Gedir iş adamları ilə görüşür və s. Sən kimsən? Sən orda əsgərsən, qoyma tərəflər arasında problem yaransın. Amma onlar orda nə ilə məşğuldurlar, bir Allah bilir. İkincisi də Laçında bizim Ermənistanla dövlət sərhədinin müəyyən olunmamasının, sərhədin Azərbaycan əsgəri tərəfindən qorunmamasının əsas səbəbkarları da onlardırlar. Onlar 10 noyabr sazişini özləri istədiyi kimi təqdim edirlər və Azərbaycan tərəfi də gərginliyə səbəb olmamaq üçün hələlik bu məsələnin üzərinə ciddi şəkildə getmir. Amma əminəm ki, nə vaxtsa bu məsələ ciddi şəkildə gündəmə gələcək, dəhliz adlanan ərazidə bizim dövlət sərhədçilərimizin, gömrük xidmətinin fəaliyyətə başlaması təmin ediləcək. Buna bir az zaman lazımdır. Biz bu istiqamətdə işləməliyik".

Xəbərlər