“İsraillə strateji tərəfdaşlıq bölgəyə sülh və sabitlik gətirəcək”
“Azərbaycan – İsrail əməkdaşlığı çoxşaxəli xarakter daşıyır. Fikrimcə təhlükəsizlik, hərbi sənaye, yeni texnologiyalar istiqamətində olan bu proses daha da güclənməlidir”.
Bu sözləri açıqlamasında İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana rəsmi səfərinin əhəmiyyətini şərh edən deputat Asim Mollazadə bildirib.
O qeyd edib ki, 44 günlük müharibə zamanı Azərbaycan İsrailin böyük dəstəyini qazandı və bu müttəfiqlik uğurla davam etməkdədir.
“Deyə bilərəm ki, təhlükələr sovuşmayıb. Azərbaycana qarşı terror qüvvələri öz əməllərini davam etdirir. Uzun zamandır Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını müşahidə edirik.
Hərbi əməkdaşlıq sahəsində Azərbaycanın ən yaxın müttəfiqi Türkiyədir. Bununla yanaşı, İsraillə hərbi əməkdaşlıq çərçivəsində də Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsi, ordunun ən müasir silahlarla təmin edilməsi istiqamətində çox ciddi proses gedir. Azərbaycanın İsraillə strateji tərəfdaşlığı bölgəmizə sülh və sabitlik gətirəcək”.
demokrat.az