Siyasət 27 Yanvar 2023, 15:42 | Baxış sayı: 125
“İranın molla rejiminə qarşı ciddi addımlar atılmalıdır”

“Bu vandallığı qəti şəkildə qınayıram ”.

Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqınla bağlı Adalet.az-a açıqlama verib. O bildirib ki, hücum haqqında, hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəçisinin həlak olması ilə məlumatı elə səhər saatlarında aldım: Hadisənin baş verməsi İran molla rejiminin terrorçu bir dövlət olduğunu bir daha ortaya qoyur və bunu açıq şəkildə göstərir. İran ərazisində, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən bu vəhşilik beynəlxalq hüquq normalarına və beynəlxalq konvensiyaların mahiyyətinə tamamilə ziddir. Baxaq, indi İranın molla rejimi bunu kimin üzərinə atacaqdır, əvvəllər də olduğu kimi kimi ittiham edəcəkdir.
Buna baxmayaraq bu İran dövlətinin bir başa məsuliyyətidir və nəinki İran beynəlxalq səviyyədə qınanmalı, hətta beynəlxalq səviyyədə İrana qarşı ciddi addımlar atılmalıdır.

Qeyd edək ki, səfirliyimizə silahlı başqın zamanı Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı Orxan Əsgərov həlak olub. Bir nəfər isə yaralanıb.

Xəbərlər