Siyasət 5 Noyabr 2022, 15:34 | Baxış sayı: 147
“İranın addımları qonşuluq münasibətlərinə sığmır”

“Bu gün Azərbaycanı istəməyən revanşist qüvvələr var. Ona görə biz iki il əvvəl olan birliyi davam etdirməliyik. Çünki bizi daha böyük uğurlar gözləyir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Qənirə Paşayeva bildirib ki, İranın Qafanda Baş konsulluq açması və Ermənistanın Təbrizdə baş konsulluq açmasına icazə verilməsi heç bir qonşuluq münasibətlərinə sığmayan addımlardır: “Bunlar bizim seçicilərimiz tərəfindən də etirazla qarşılanır. Fransa tərəfindən verilən açıqlamalar heç bir ədalətə sığmayan açıqlamalardır. Prezident İlham Əliyev Rusiya Prezidenti ilə görüşdə dediyi kimi Qarabağ münaqişəsi bitib və bununla bağlı müzakirələrə ehtiyac yoxdur”.

Mənbə: apa.az

Xəbərlər