"İranla münasibətlərin düzəlmə ehtimalı var"
“ABŞ-ın SEPAH-ı terror təşkilatı kimi tanımağından dörd il keçir. Artıq Avropa Birliyində də belə təkliflər var. Lakin səfirliyimizə hücumdan sonra SEPAH-ı terror təşkilatı kimi tanımağımız inandırıcı deyil”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli bildirib.
Onun sözlərinə görə, hələ biz bir müddət gözləmə mövqeyində olacağıq:
“Yəni hadisə ilə bağlı bizə araşdrııb cavab verilməlidir. Azərbaycan həmişə nəzərə alıb ki, İran qonşu dövlətdir, ona daim xoş münasibət olsun".
Deputat qeyd edib ki, Azərbaycan diplomatik əlaqələrində heç vaxt pisləməyin tərəfdarı olmayıb. Ona görə də hadisələri gözləmək lazımdır.
"Düşünmürəm ki, yaxın zamanda Azərbaycan SEPAH-ı terror təşkilatı kimi tanısın. Güman edirəm ki, İranda da ağıllı adamlar var və Azərbaycanla münasibətləri korlamaq niyyətində deyillər. Ən azından İran əhalisinin üçdə birindən çoxu etnik azərbaycanlılardır. Bunlar göstərir ki, gələcəkdə İranla münasibətlərin düzəlmə ehtimalı var”, - deyə Tahir Kərlmli əlavə edib.