Siyasət 13 Mart 2023, 17:25 | Baxış sayı: 172
“İran yaddan çıxartmamlıdır ki, Azərbaycan daha 1990-cı illərin Azərbaycanı deyil…”

“İran bütün imkanlarını işə salaraq Azərbaycanda siyasi sabitliyi pozmağa, ölkəni gücsüzləşdirməyə və anti-Azərbaycan siyasətini genişləndirməyə çalışır. O cümlədən ölkəmizin sərhədlərində hərbi təlimlər keçirir, səfirliyimizə terror təşkil edir, sərhədimizin üzərində hərbi uçuşlar həyata keçirir. Təbii ki, dövlətimiz İranın bu anti-Aazərbayan siyasətini izləyir və ona qarşı müəyyən addımlar atır. Müvafiq dövlət orqanları dəqiqliklə kəşfiyyat işləri aparır, mütəmadi olaraq İranın casus şəbəkələri ifşa edilir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, İran Azərbaycana qarşı düşmənçilik siyasətini dərinləşdirir: “Ermənistanı silahlandırır və hərbi təlimlər keçir. O cümlədən torpalarımız işğal altında olduğu illərdə ermənilərlə əl-ələ verərək yaşayış məntəqələrimizi dağıdıb, talayıb. Bütün bunlarla yanaşı İran yaddan çıxartmamlıdır ki, Azərbaycan daha 1990-cı illərin Azərbaycanı deyil. Həm də İran əhalisinin 40%-ni azərbaycanlıların təşkil etdiyini unutmamalıdır. İranın fars-molla rejimi anti-Azərbaycan siyasətini genişləndirdikcə öz ölkəsinin daxilində parçalanmanı sürətləndirmiş olur. Hesab edirəm ki, İranın Azərbaycana qarşı bu düşmənçilik hərəkətlərinə cavab tədbirləri olaraq hərbi gücümüzü daha da artırmalıyıq. İranın ölkəmizə yeritdiyi digər ünsürlərin də ifşa olunması istiqamətində tədbirlər genişlənməlidir”.

Xəbərlər