Siyasət 27 Yanvar 2023, 14:49 | Baxış sayı: 160
“İran fərqindədir ki, bu, çox kəskin proses doğuracaq”

"Azərbaycanın artan gücü və nüfuzu beynəlxalq dairələri ciddi narahat edir. İndiki halda, İran fərqindədir ki, bu, çox kəskin proses doğuracaq".

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Deputat qeyd edib ki, bu narazılıq insanlarımız tərəfindən qarşısıalınmaz hadisələrə yol aça bilər:

"Azərbaycan dövləti həm siyasi, həm ictimai proseslər üzərində, həmçinin ordunun atacağı addımlarla bağlı proseslərə sahiblik edir, onun üzərində dominantdır. Kimsə qarşılıqlı addım olaraq İran səfirliyinə də xəsarət törətmək kimi belə gərginliyi artıracaq hadisələrə indiki halda yol vermir. Amma bizim Parlament təmsilçisi kimi, İnsan hüquqları komitəsinin sədri olaraq bu hadisəni kəskin şəkildə pisləməyimizin bir hədəfi də var. O da ondan ibarətdir ki, bu hadisələr İranın Azərbaycanda olan mühüm dayaqlarının sarsılmasından sonra oradakı faşist təmayüllü, imperiyapərəst Azərbaycanı Bakı respublikası kimi görən, onun müstəqilliyini  on illər ərzində həzm edə bilməyən dairələr sanki əvəz çıxırlar. Ermənistanın mənafelərinə xidmət edən, Xankəndi-Laçın yolunda Azərbaycanın növbəti qələbəsini görmək istəməyən və İran-Ermənistan əlaqələrinin Azərbaycan gömrük postlarının keçməsinə aylar ərzində hələ də qəbul etməyə qadir olmayan qüvvələrin elə bilirəm cavab zərbəsidir. Azərbaycan bu hadisələrdən qəti sarsılmaz,  Azərbaycan xalqının və dövlətinin iradəsi Vətən müharibəsindəki qələbə də olduğu kimidir. Biz çox ümidvarıq ki, hadisələrin baiskarları, iştirakçıları ən sərt formada cəzalandırılıcaqlar". 

Xəbərlər