Plenar iclaslar 7 Aprel 2023, 17:39 | Baxış sayı: 199
"İran dövləti və cəmiyyəti məkr, riyakarlıq və yalan prinsipi ilə yaşayır"

“Məkr, riyakarlıq və yalan. Bu 3 prinsip üzərində yaşayan dövlətin və cəmiyyətin uğuru olmur. İran adlanın məmləkətin siyasəti bu 3 tezis üzərində köklənib”.

 

Bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli bugünkü plenar iclasda çıxışı zamanı deyib.

 

“Bugünkü çıxışım İranın parlament üzvlərinin qəbul etdiyi bəyanatla bağlıdır. Bəyanata baxanda, şər, böhtan və riyakarlıq görünür. Niyə ölkəmizin İsraildə səfirliyinin açılması bu qədər narahatlıq törədir və İran parlamenti səviyyəsində təhqir, şantaj formalı bəyanat qəbul edilir? 30 il işğal dövründə İran susdu. Maska nə vaxt cırıldı? Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra. Bəyanatın sonunda bir ifadə var. “Böyük İslam İranının - guya bundan başqa İslam dövlətləri xırda dövlətlərdir - xalqının nümayəndələri Azərbaycan parlametindən gözləyir ki, buna cavab versin”. Sən öz parlamentində ədalətsiz, riyakar anti-Azərbaycan addımı atacaqsan, belə hesab edəcəksən ki, bu düşüncə parlamentimizdə fikir ayrılığı yarada bilər? 44 günlük müharibə sübut etdi ki, xalqımız bütövdür, əyilməzdir”, - deyə o əlavə edib./APA

Xəbərlər