Siyasət 31 Yanvar 2023, 17:58 | Baxış sayı: 187
"İran bu terror aktına görə məsuliyyətdən və ictimai qınaqdan kənarda qalmağa çalışır"

İranın “Azərbaycan səfirliyinə silahlı hücum terror deyil, məişət zəminində qisas cinayətidir” arqumentlərini tirajlayan bəzi media nümayəndələri kimə qulluq edir? İran rejiminin Azərbaycanda təbliğat maşını ilə necə mübarizə aparmaq lazımdır?

 

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Visiontv.az saytına açıqlama verib:

“Bütün görüntülərdən, faktlardan aydın olduğu kimi İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı əvvəlcədən xüsusi ssenari üzrə hazırlanmış və icra edilmiş bir terror aktıdır. Elə terror aktından dərhal sonra İran mənşəli bəzi informasiya resurslarının terror hadisəsinə məişət donu geyindirmək cəhdləri də terrorun məişət zəminində baş verdiyini əsaslandırmaq da əvvəlcədən hazırlanmış ssenarinin tərkib hissəsidir. Düşünülmüş şəkildə bu cür şayələr yayılır. Kütləvi rəydə guya ki, hadisənin məişət münaqişəsi zamanı baş verməsi ilə bağlı rəy formalaşdırmağa çalışırlar.

Beləliklə İran bu terror aktına görə məsuliyyətdən və ictimai qınaqdan kənarda qalmağa çalışır. Çox əfsus ki, bəzi media qurumları İranın  şayələrini inandırıcı versiya kimi təqdim edirlər. Bununla da  ictimai rəyi manipuliyasiya etmiş olurlar. Azərbaycana qarşı törədilmiş qəddar terror aktının mahiyyətini məişət zəmininə endirməklə İranın günahsız olduğunu təqdim etməyə çalışırlar. Bu yolverilməzdir. Hətta Azərbaycandan kənarda olan bəzi Azərbaycandilli resurslar da bu prosesdə çox fəal şəkildə İranın şayələrini yaymağa, təbliğ etməyə başlayıblar. Nəticə - etibarilə söhbət Azərbaycan dövlətindən gedir.

Lakin görünür ki, əvvəlcədən informasiya resursları ilə terror aktını təqdim etməklə İrandakı bəzi dairələr tərəfindən xüsusi olaraq planlaşdırılıbdır. Ona görə də Azərbaycanda ictimai etimadı olan bütün sağlam informasiya resursları hadisələri olduğu kimi təqdim edirlər. Düşünürəm ki, bu cür də davam etməklə haqq səsimizi bütün dünyaya çatdırmağı bacaracağıq. Kimin hansı mövqedə olmasından asılı olmayaraq bu gün BMT başda olmaqla bir sıra beynəlxalq təşkilatlar və 70 - ə qədər ölkə terror aktını pisləyibdir. İranın məsuliyyətsizliyini önə çəkilibdir. Və İranın bu məsələyə görə məsuliyyətli davranması və qaneedici bir izahat verməsi məsələsi gündəmə gətirilib.”

Xəbərlər