Siyasət 5 Noyabr 2022, 16:02 | Baxış sayı: 189
"İran bizim daxili işlərimizə hər zaman müdaxilə edir"

“Cənubi Azərbaycanın bizimlə birləşmək məsələsi qaldırılıb. Biz belə şeylərə qarışmırıq. Bu, İranda yaşayan əhalinin daxili işidir. Azərbaycan dövləti müstəqil, suveren dövlətdir, heç kimin daxili işinə qarışmır, qarışmaq fikri də yoxdur. Kimisə ayırmaq, yaxud özünə birləşdirmək iddiasında da deyil. Buna baxmayaraq, molla-fars rejimi ilə idarə olunan qonşumuz İran bizim daxili işlərimizə hər zaman müdaxilə edir, dövlətçiliyimizə qarşı xoşagəlməz hərəkətlər edir, tədbirlər görür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, molla-fars rejiminin hakim olduğu İran İslam Respublikasında azərbaycanlıların sayı 40 milyondan çoxdur: “Bu qədər insanın bütün hüquqları pozulduğu halda, oradakı cəmi 150-200 min sayda erməninin bütün hüquqları təmin edilir. Nəyə görə azərbaycanlıların hüquqları təmin olunmasın? Təbii ki, azadlıq, təşkilatlanma, özlərinə ayrıca dövlət yaratmaq istəyirlərsə, bu, onların hüququdur. İranın molla-fars rejimi bu haqda düşünməlidir ki, necə olur, təxminən, 50 min civarında erməninin Azərbaycan dövlətinin ərazisində yaratdığı cinayətkar, separatçı, “Artsax” adlanan qondarma quruma himayədarlıq edir, hər cür dəstəyi göstərir və buna görə Azərbaycanla düşmənçilik edir? Ermənilərin təhlükəsizliyini özlərinin “qırmızı xətti” adlandırır. Belə olan halda, İranda təkcə azərbaycanlılar deyil, başqa qeyri-millətlər də hüquqlarını tələb edəcəklər, edirlər də”.

Xəbərlər