Siyasət 13 Dekabr 2022, 16:47 | Baxış sayı: 182
“İnformasiya müharibəsinin içindəyik”

Milli Məclisin deputatı Elman Nəsirov Şuşada keçirilən aksiyada deputatların indiki şəraitdə iştirakının sırf siyasi çalar ala, ümumi işə ziyan vura biləcəyi ilə bağlı fikirlərə münasibət bildirib.

 

E.Nəsirov Pravda.az-a açıqlamasında fikirlərin doğru olduğunu deyib.

 

“Bu gün buna ehtiyac yoxdur. Deputatların mövqeyi bəllidir. Əsas odur, qarşı tərəf əmin olmalıdır ki, Azərbaycan cəmiyyəti ayağa qalxıb və bunun nəticələri qarşı tərəf üçün yaxşı olmaya bilər. Biz aksiyada iştirak edirik. Dünəndən, təxminən, 20-dək müsahibəm dərc olunub, televiziya kanallarında çıxışlar etmişəm, bu məsələ ilə bağlı müxalifət liderlərindən biri ilə debatda olmuşam. Biz informasiya müharibəsinin içindəyik…”, - deputat bildirib.

 

Xəbərlər