"Siz Xalq Cümhuriyyətinin İrəvanın Ermənistana verilməsi prosesinin varisliyini davam etdirdiz"
“5 il əvvəl aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı yenidən İlham Əliyevə etimad göstərərək Prezident seçdi. İlham Əliyev 1993-cü ildən ümummilli lider Heydər Əliyevin başlatdığı və 2003-cü ildən özünün davam etdirdiyi çoxşaxəli fəaliyyətin hesabatını məhz bu dönəmdə, böyük zəfərimizlə verərək Azərbaycanı regionda əsas gücə çevirdi”.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin aprelin 11-də keçirilən plenar iclasında deyib.
O vurğulayıb ki, bu gün bütün uğur və qələbələrimizin təməlində məhz Ali Baş Komandan İlham Əliyevin xalqa verdiyi vədlərə sadiq qalması dayanır: “Bu gün sosial media anarxiyası şəraitində bəziləri hətta özlərini müstəqilliyin banisi, Sovetlər qurluşunu çökdürən super qəhraman kimi sırımağa çalışırlar. Baxmayaraq ki, həmin dövrün təhlili göstərir ki, bu adamlar əksinə o zaman Azərbaycan xalqının suverenliyi yolunda ən böyük maneəyə çevrilmişdilər”.
Deputat söyləyib ki, son günlər xəyanətkar qvardiya yenidən aktivləşib, amma bir dənə sağlam arqument yoxdur: “Bunlar nə üzlə demokratik dəyərlərdən danışırlar?! Halbuki nazir gəlib canlı efirdə aparıcını döyürdü. Hansı haqla, hansı nəticə ilə bunlar sosial rifahdan, iqtisadiyyatdan danışırlar? 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə 1600 faiz infliyasiya göstəricisi var idi, bu idi bacardıqları. Bütün bunların fonunda utanmazcasına elə bir mühit formalaşdırılar sanki, Azərbaycan dövlətçiliyinin, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin irsinin varisi bunlardır. Bəli, siz Xalq Cümhuriyyətinin İrəvanın Ermənistana verilməsi prosesinin varisliyini davam etdirdiz, hakimiyyətə gəlmək, hakimiyyətdə torpaqları ya satdınız ya da ermənilərə peşkəş verdiniz”.
B.Məhərrəmov deyib ki, bu antimilli dairələr, onların sosial mediaya birə darışmış xain ünsirləri indi də casusları müdafiə etməklə belə bir fon yaratmaq niyyətindədirlər: “Sanki, biz xainləri yox dindarları hədəfə almışıq. Ay adam, ay insan Heydər Əliyev və İlham Əliyev hakimiyyəti illərində ölkədə tikilən məscidlərin sayı sənin o xəyanətkar şuranın üzvlərinizin sayından çoxdur.
Qonşu dövlətin casuslarına möhtac qalan, yaxud əməli məhkəmə qaydasında sübut olunmuş məhbusların estafet kimi bir-birinə ötürdükləri saxta “aclıqlarla” qidalanan, bu sayədə ayaqda qalan bir müxalifət heç nəyə yaramır. Ona görə də bu ali tribunadan bir daha bəyan edirik ki, hər kəs həddini, yerini biləcək. İlham Əliyev siyasətinin alternativi yoxdur və bundan sonra da yalnız və yalnız Heydər Əliyev yolu davam edə bilər”./Report