Siyasət 21 Fevral 2023, 12:36 | Baxış sayı: 180
"İndiki dövrdə sülhün olması hamıdan çox Rusiyaya lazımdır"

"Ölkəmiz üçün əsas məqsəd regiona təhlükəsizlik gətirəcək sülh müqaviləsinin imzalanmasıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat qeyd edib ki, imzalanmalı olan sülh müqaviləsinin mətni Azərbaycan tərəfindən Ermənistana təqdim olunub:

"Təqdim etdiyimiz müqavilənin mətni beynəlxalq hüquq normalarına və milli maraqlarımıza tam uyğundur. Əgər Qərb milli maraqlarmıza əks hər hansı bir təkliflə çıxış edərsə təbii ki, qəbul edilməyəcəkdir. Biz Qərb müstəvisindən Fransa araya girdiyinə görə imtina etmişik. Çünki Fransa aşkar şəkildə Azərbaycana düşmən münasibət sərgiləyir. Əgər  Fransa iştirak etmədən Aİ-nın prezidentinin iştirakı ilə təqdim etdiyimiz sənədi imzalamaq istəsələr hesab edirəm ki, qəbul edilər. Bağlanacaq sülh müqaviləsi regiona uzunmüddətli sülh gətirəcəksə, bizə onun harada imzalanması o qədər əhəmiyyət kəsb etmir. Düşünürəm ki, belə bir qərar qəbul edilərsə, Rusiyanın da marağına uyğun olar. Çünki indiki dövrdə sülhün olması Rusiya üçün hamıdan çox lazımdır".

Xəbərlər