Siyasət 20 Aprel 2023, 16:08 | Baxış sayı: 161
"İlham Əliyevin söylədikləri digər dövlətlərə də xəbərdarlıqdır"

"Prezident İlham Əliyevin Salyan rayonunda  AzTV-nin müxbirinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər millətimizin düşüncələrinin və dövlətimizin siyasətinin konkret, aydın və qətiyyətli ifadəsidir".

Bunu Redaktor.az-a açıqlamasında millət vəkili Musa Qasımlı Prezident İlham Əliyevin "Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar" bəyanatını şərh edərkən dedi.

"Cənab Prezidentimiz açıq şəkildə bildirdi ki, Azərbaycan özünün daxili məsələlərini heç bir ölkə ilə, heç bir qurumla müzakirə etmir. Daxili məsələlər Azərbaycan dövlətinin suveren hüququdur. Ərazimizdə yaşayan ermənilərin iki yolu var: ya onlar dövlətimizin qanunlarını qəbul edib digər bütün vətəndaşlarla birlikdə, bir yerdə bərabər hüquqlu yaşamalıdırlar, ya da qanunlarımızı qəbul etmirlərsə, çıxıb getməlidirlər. Getməyəcəklərsə və qanunlarımızı qəbul etməyəcəklərsə, onda dövlətimizin sərt gücü işə düşə bilər. Hesab edirəm ki, cənab Prezidentimiz İlham Əliyevin söylədikləri strateji baxımdan əhəmiyyətlidir və digər dövlətlərə də xəbərdarlıqdır",- deyə deputat bildirdi.

Xəbərlər