Siyasət 21 Dekabr 2023, 17:05 | Baxış sayı: 175
“İlham Əliyevi dəstəkləyirik!”

21 dekabr 2023-cü il tarixində Vəhdət Partiyasının Baş Məclisinin iclasında 07 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı müzakirələr aparılıb.

 

Bu barədə Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli məlumat verib.

 

“Vəhdət Partiyasının Siyasi Şurasının təklifi ilə Baş Məclis cənab İlham Əliyevin növbəti dəfə Prezidentliyə namizədliyini dəstəkləmək haqqında qərar qəbul edib. Baş Məclisin iclasında çıxış edən Məclisin sədri Fəxrəddin Ağazadə, Sədr Aparatının rəhbəri Abdulvahab Manafov, MNTK-nın sədri Ehtibar Səmədov, Qadınlar Təşkilatının sədri Rəhilə Heydərova, Gənclər Təşkilatının sədri Fuad Səmədov, Sumqayıt şəhər təşkilatının sədri və sədr müavini Vasif Əfəndiyev, Şəki şəhər təşkilatının sədri Sadiq Səmədov, Şirvan şəhər təşkilatının sədri İntiqam Abbasov, Zərdab rayon təşkilatının sədri Şirxan Süleymanov, Gəncə şəhər təşkilatının sədri Hikmət Muradov, Göygöl rayon təşkilatının sədri Rauf İsayev və digərləri çıxış edərək cənab İlham Əliyevin Prezidentliyə namizədliyini müdafiə ediblər. Baş Məclis yekdilliklə cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini dəstəkləmək haqqında qərar qəbul etdi”, - T.Kərimli bildirib.

pravda.az

Xəbərlər