Plenar iclaslar 12 Oktyabr 2023, 16:08 | Baxış sayı: 98
“İlham Əliyev yeni 4-cü Respublikanı qurdu”

Prezident İlham Əliyev nəinki Ulu öndər Heydər Əliyevin  siyasi irsi mexaniki təkrarlamadı, üstəlik rəngli inqilablar və qlobal təhlükələr dövründə onu daha da zənginləşdirdi, bəzən önə keçdi və 17 illik parlaq idarəçiliyi Zəfərə qovuşdurdu. 

Bunu deputat Zahid Oruc parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 300 ildə xalqımıza bəlalar gətirən yad ideologiyalar, baxışlar, dövlətlərarası sövdələşmələr, informasiya müharibələri və qlobal siyasi kampaniyalar  onun müqavimət gücü ilə sonda iflasa uğradı. 

“Tarixi düzgün oxumaq, bir çox şərqli rəhbərlər kimi keçmişə hissi-emosional  deyil, rasional yanaşmaq-Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan, Bağırovdan, Elçibəydən Ulu öndər Heydər Əliyevə qədər müxtəlif  formasiya və ideologiyalarda xalqımıza rəhbərlik edən şəxslərin yarımçıq qalan ideallarını gerçəkləşdirən İlham Əliyev əsrlərin lideri oldu. İlham Əliyev 44 günlük müharibədə qazanılan parlaq Zəfərlə milyonlarla azərbaycanlını 20 faizlik natamamlıqdan xilas etdi, bütöv vətəndaşla yeni-4-cü Respublikanı qurdu”, - o qeyd edib. 
O əlavə edib ki, 8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük günü” 4-cü Respublikanın təvəllüd tarixidir: “İndi fərqli siyasi təqvim-sülh erası başlayır. Əslərdir axan qan və göz yaşları nəhayət, durur və  yeni ədalətli dünya nizamının əsası Qafqazda qoyulur.   

Rusiya-Ukranya savaşına, yaxud böyük siyasi qəzaya çevrilən Qəzzadakı qanlı toqquşmalara son qoyulması üçün adil vasitəçiliyi haqq edən də İlham Əliyevdir. Yaxın Şərqdə savaşın şiddət və amansızlığı qələbəmizin əzəmətini, Azərbaycanın müharibəni ləyaqətlə apardığını və  yeni hərbi qanunlar yazanlar üçün əsil Bakı Konvensiyasını dünyaya nümayiş etdirir”. (Olke.az)

Xəbərlər