Plenar iclaslar 5 Mart 2024, 15:35 | Baxış sayı: 222
"İkili standartlar ilk olaraq Avropanın özünü dağıdır"

İkili standartlar ilk olaraq elə Avropanın özünü dağıdır.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin martın 5-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan elə bir gücə və təsirə malikdir ki, onun coğrafiyası həddindən artıq genişdir:

“Təəssüf ki, ikili standartlar ilk olaraq elə Avropanın özünü dağıdır. Avropa İttifaqı komissarını bura göndərir və yüksək səviyyədə iclas keçirilir. Ən yüksək səviyyədə Azərbaycanın rolu vurğulanır. Eyni təşkilatın parlament qurumu bir gün əvvəl Azərbaycana qarşı ədalətsiz, qərəzli yalanla və böhtanla dolu qərar qəbul edir”.

Onun fikrincə, bütün bunlar ona dəlalət edir ki, Avropanın içərisində böyük böhran yaşanır və bu da ikili standartların böhranıdır.

“Bu nöqteyi-nəzərdən Azərbaycanın xarici siyasətinin coğrafiyasının genişləndirilməsi ən vacib məsələdir. Çünki bu gün Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatlarda söz sahibidir, Şərq və Qərb arasında körpüyə çevrilib, yüksək səviyyəli ölkə kimi təqdim edilir”, - komitə sədri bildirib.

report.az

Xəbərlər