Plenar iclaslar 14 İyul 2023, 16:58 | Baxış sayı: 152
"Slovakiyada Azərbaycan səfirliyinin açılması çox mühüm məsələdir"

“Azərbaycanın xarici əlaqələri gündən-günə artır. Xüsusilə Avropa ölkələri ilə əlaqələrimiz inkişaf edir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Səməd Seyidov deyib.

Deputat bildirib ki, bu, Azərbaycanın strateji hədəflərindən biridir: “Azərbaycan-Slovakiya əlaqələri də yüksələn xətlə inkişaf edir. Mərkəzi Avropada yerləşən və siyasi cəhətdən çox mühüm ölkədə - Slovakiyada Azərbaycan səfirliyinin açılması çox mühüm məsələdir”.

Xəbərlər