Ümumi 29 Sentyabr 2023, 15:51 | Baxış sayı: 125
"İki həftə əvvəlki görüşdə gördüm ki, Qənirə xanım sınıxıb"

Qənirə xanımla iki həftə öncə AZAL-ın dəvəti ilə görüşdə birgə iştirak etmişdik. Orda çıxış edəndə də gördüm ki, sınıxıb.

 

Bunu jurnalistlərə açıqlamasında Qənirə Paşayeva ilə vida mərasiminə qatılan deputat Tahir Kərimli deyib.

 

O qeyd edib ki, heç kim Qənirə Paşayevanın bizi belə tərk edəcəyinə inanmırdı:

 

"Bizə çox böyük acı yaşatdı. Dünya durduqca Azərbaycan xalqı onun xatirəsini yaşadacaq. Bu qalstuku da mənə o hədiyyə etmişdi. Ondan mənə xatirə qaldı. Allah məkanını cənnət eləsin".

pravda.az

Xəbərlər