Qanun Layihələri 24 Oktyabr 2022, 14:30 | Baxış sayı: 147
"İctimai-siyasi həyatla bağlı tək iqtidar deyil, müxalifət də məsuliyyət daşıyır"

“Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı tək iqtidar deyil, müxalifət də məsuliyyət daşıyır. Əgər hüquq və qanundan kənara çıxılsa, deməli, məsuliyyətdən qaçmaq deməkdir. Ona görə də, siyasi məsələlərdə yeni reallıq və çağırışlar kontekstindən çıxış etmək lazımdır”.

Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni qanun layihəsinin hazırlanması zamanı 247-dən çox təklifdən yararlanılıb: “Siyasi partiyaların irəli sürdüyü bir çox təkliflər də nəzərə alınıb. Səsləndirilən fikirlərə dövlətçilik gözü ilə baxmaq lazımdır. Tənqid edilən məsələlərin yerinə isə beynəlxalq təcrübəyə əsaslanan təkliflər səsləndirilməlidir. Siyasi partiyaların üzv sayı ilə bağlı səsləndirilən fikirlərə gəlincə, adi bir feyk səhifənin 5000 izləyicisi var. Yəni üzvlərlə bağlı tələblərdə iki belə səhifənin görəcəyi işi edə bilməyəcəksiniz?! Bizə şan-şöhrət, namus-qeyrət partiyası lazım deyil. Bizə güclü partiya lazımdır ki, bu sahədə lazımi təkmilləşdirməni edə biləcəyimiz qanun layihəsini qəbul edək”.

Mənbə: report.az

Xəbərlər