"İctimai nəzarət adı altında məhkəmələrə basqılara son verməliyik"
KOMİTƏ İCLASLARI
1 Fevral 2023, 13:45 | Baxış sayı:
181
“İnformasiya Məcəlləsini qəbul etməliyik ”.
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, məhkəmə fəaliyyətinin ictimailəşdirilməsi proseduru da müəyyənləşdirilməlidir: “Bir çox ölkədə hətta məhkəmələrdə şəkil çəkmək belə qadağandır. Mən hansısa variantın seçilməsinin vacib olduğunu demək istəmirəm. Ancaq biz ictimai nəzarət adı altında məhkəmələrə basqılara son verməliyik. Bununla bağlı məsələ parlamentdə xüsusi olaraq müzakirə olunmalıdır”.