“İcbari tibbi sığorta ilə bağlı əhalidə inamsızlıq yaranmaqdadır”.
“İcbari tibbi sığorta ilə bağlı əhalidə inamsızlıq yaranmaqdadır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, limit məsələsinin müzakirə edilməsinə ehtiyac var: “Xəstəyə xəstəxanadan deyirlər ki, bizim illik limitimiz dolub. Bu nə deməkdir? Bu məsələlərin ciddi müzakirəsinə ehtiyac var. Bölgələrdən problemlər bizə çatdırılır, müraciətlər edilir. Bu təsisata inamın cəmiyyətdə zəifləməsi başqa problemlərin əsasının qoya bilər. Əgər problem büdcə ilə bağlıdırsa, hansı xəstəlik növündə bu limit tez dolursa, büdcədən bu istiqamətə daha çox pul ayrılmalıdır. Ağır əməliyyatların limit dolduğuna xəstənin əməliyyat edilməməsi çox ağır nəticələrə gətirib çıxara bilər”.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, bu il icbari tibbi sığorta ilə bağlı ayrılan pullar artmaqdadır: “İllik limitin dolması ilə bağlı problemlər vəsait çatışmazlığından yaranır. Bu məsələlər dinləmədə daha geniş müzakirə ediləcək”,