Cəmiyyət 9 Mart 2022, 15:55 | Baxış sayı: 255
Hərbi qulluqçular məcburi icbari narkoloji müayinədən keçiriləcək.

Hərbi qulluqçular məcburi icbari narkoloji müayinədən keçiriləcək.

Bu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında  “Narkoloji xidmət və nəzarət haqqında” qanuna təklif edilən yeni - 24.4-cü maddədə əksini tapıb.

Təklif olunan yeni maddəyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağrılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəsisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr-zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə ( müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.

Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Xəbərlər