Plenar iclaslar 15 Mart 2022, 16:15 | Baxış sayı: 210
“Hökumət üzvləri bizə cavab vermir. Nəinki nazir, heç nazir müavini səviyyəsində də bizə cavab verilmir”.

“Hökumət üzvləri bizə cavab vermir. Nəinki nazir, heç nazir müavini səviyyəsində də bizə cavab verilmir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat bildirib ki, onlar deputatların zənglərinə cavab vermir, “Deputat statusu haqqında” qanuna əməl etmirlər.

T. Kərimli “Antiinhisar fəaliyyəti haqqında” yeni qanunun hazırlanmasını alqışladığını vurğulayıb.

O, şəhid adlarının məktəblərə verilməsində çətinliklərin olduğunu diqqətə çatdırıb: “Nazirlər Kabineti müvafiq qərara dəyişiklik etməlidir”.

Özəlləşmə məsələsinə toxunan T. Kərimli özəlləşdirmə zamanı keçmişdə yol verilmiş səhvləri Qarabağda təkrarlamamağa çağırıb.

Deputat təklif edib ki, əməkhaqqı artımı 1000 manat və daha yüksək deyil, aşağı əməkhaqqı alanlara şamil edilsin: “Onların maaşı daha çox artırılmalıdır”.

T. Kərimli kəndlərdə həkim, xarici dil müəllimi çatışmadığını da vurğulayıb.

Xəbərlər