Plenar iclaslar 2 Dekabr 2022, 13:15 | Baxış sayı: 213
“Həm senatın, həm də assambleyanın qərarı siyasi korrupsiyanın təzahürüdür”

“Fransa Parlamenti beynəlxalq hüquq normalarını kobud sürətdə pozur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Millət vəkili qeyd edib ki, əslində həm onun, həm senatın, həm assambleyanın qərarı bilavasitə siyasi korrupsiyanın təzahürüdür:

“Bu, erməni icmasına xoş gəlmək üçün atılan addımdır. Yəni, erməni icmasının müharibə istəklərini gerçəkləşdirmək üçün bu formada onlar belə qərarlar qəbul edirlər. Əslində, bu Fransanın özünün həm siyasi, həm iqtisadi maraqlarına ziddir. Bu qərarların hansısa bir icra ediləsi mahiyyəti yoxdur. Sadəcə diasporanın sifarişidir. Sifarişini də böyük həvəslə yerinə yetiriblər və əvəzində gözlədiklərini alıblar”.
Qeyd edək ki, noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qətnamə qəbul olunub.

Xəbərlər