Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 16:48 | Baxış sayı: 251
"Həm ƏDV, həm mənfəət vergisi ilə əlaqədar ciddi fərqlər mövcuddur".

“Bu gün səhiyyə sahəsində islahatlar gedir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi həyata keçirilir: “Bu gün ölkədə səhiyyə ocaqlarının çətinlik çəkdiyi sahə var. Bu gün ölkədə fərqli sistemlərlə işləyən səhiyyə qurumları mövcuddur. Həm ƏDV, həm mənfəət vergisi ilə əlaqədar ciddi fərqlər mövcuddur. Bu qurumların hamısı eyni sahə üzrə xidmət göstərmələrinə baxmayaraq, vergi ödəmələri ilə bağlı aralarında ciddi və böyük fərqlər mövcuddur. Bununla bağlı müvafiq addımlar atılmasına ehtiyac var”

Xəbərlər