KOMİTƏ İCLASLARI 20 İyun 2023, 14:32 | Baxış sayı: 109
"Həkimlərin qida əlavələrini müalicə kursunun içərisində yazmaları tamamilə yanlışdır"

"Həkimlərin qida əlavələrini müalicə kursunun içərisində digər dərmanlarla yanaşı reseptdə yazmaları tamamilə yanlışdır".

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O, buna ciddi nəzarət olunmasının vacibliyini vurğulayıb:

“İnanıram ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklərdən sonra qida əlavələrinin dərman kimi yazılması təcrübəsindən əl çəkiləcək. Bu, çox zərərli adətdir”.

Ə.Əmiraslanov həmçinin əlavə edib ki, Azərbaycanda dərman qiymətləri optimallaşdırılmalıdır: “Azərbaycanda dərman vasitələrinin qiyməti bahadır. Bunun üçün digər ölkələrdə olan dərman qiymətlərinə diqqət etmək lazımdır. Tarif Şurası qiymətləri tənzimləyərkən bunu nəzərə almalıdır”.

Mənbə: report.az

Xəbərlər