Cəmiyyət 7 Oktyabr 2021, 17:04 | Baxış sayı: 299
"Hesab edirəm ki, İran dövlətinin başında duranlar da İsrailə, Azərbaycana və digər dövlətlərə qarşı belə yanlış, məntiqsiz yanaşma tərzindən əl çəkməlidir..."

“Axı biz 30 il müstəqillik dövründə, xüsusən 44 günlük müzəffər savaşımız zamanı İsraildən yalnız dəstək, yardım görmüşük...”

“Qurani-Kərimdə adı çəkilən Peyğəmbərlərin əksəriyyəti, məsələn, və s. yəhudi əsillidir. Yəhudiləri düşmən elan ediriksə, onda əstəğfürullah, gərək həmin peyğəmbərlərdən də üz döndərək İbrahim, Musa, Davud, Süleyman, Yusif, İsa və s. peyğəmbərləri də lənətləyək. Halbuki, Qurani-Kərim, Peyğəmbərimiz(s) müsəlmanlara bütün səmavi peyğəmbərləri tanımağı və onlara hörmətlə yanaşmağı tövsiyə edir. Ona görə də hesab edirəm ki, bu, doğru yanaşma deyil, ağılsız və məntiqsiz yanaşmadır.  Bu yanaşma məni çox narahat edir”

Bu fikri Moderator.az-a açıqlamasında  Vəhdət partiyasının sədri Tahir Kərimli İranın məzhəbçi dindarlarının və onların ölkəmizdəki dəstəkçilərinin “Yəhudilər Allah tərəfindən lənətlənib, odur ki, onlarla, İsrail dövləti ilə dostluq etmək olmaz” fikrinə münasibət bildirərkən söyləyib.

“Bu günlərdə hətta İran rejiminin düşməni sayılan Mahmudəli Çöhrəqani də İran xalqına müraciət etdi ki, hər hansı bir etiraz zamanı Mahatma Qandinin sülh marşından istifadə edin... Vicdanlı, müdrik insanlar istəyər ki, heç harda qan tökülməsin, bütün məsələlər sülhlə, mehribanlıqla həll olunsun. Dünyanı bir-biri ilə mədəni danışıq, diltapma, barışıq dünyasına çevirməliyik.  Odur ki, hesab edirəm ki, İran dövlətinin başında duranlar da İsrailə, Azərbaycana və digər dövlətlərə qarşı belə yanlış, məntiqsiz yanaşma tərzindən əl çəkməlidir... Və bizi də əvvəlki açıqlamalarımda dediyim kimi, heç kəs İsrail xalqı, dövləti ilə düşmənçiliyə vadar edə bilməz. Axı biz bu günədək onlardan Azərbaycana qarşı bir açkar düşmənçilik faktı görməmişik. Son 30 il müstəqillik dövründə, xüsusən 44 günlük müzəffər savaşımız zamanı İsraildən yalnız dəstək, yardım görmüşük” - deyə Tahir Kərimli vurğulayıb.

Xəbərlər