Cəmiyyət 17 May 2023, 14:12 | Baxış sayı: 104
“Heç bir əzcaçılıq şirkətinin mənə və qohumlarıma aidiyyatı yoxdur”

Milli Məclisin deputatı Cavanşir Feyziyev ona məxsus olduğu deyilən “Vita Aptekləri” MMC-nin böyük məbləğdə cərimələnməsinə münasibət bildirib.

Cavanşir Feyziyev Demokrat.az-a açıqlamasında xəbərlərin doğru olmadığını deyib:

“Bu şirkətin, eləcə də Azərbaycan əzcaçılıq bazarında fəaliyyət göstərən heç bir şirkətin mənə, ailə üzvlərimə və qohumlarıma aidiyyatı yoxdur”.

Xatırladaq ki, “Vita Aptekləri” Məhdud Məsuliyyətli Cəmiyyətin barəsində inzibati qaydada protokol yazılıb.  

“Vita Aptekləri” MMC-nin qanuni təmsilçi Sadıqov Elçin Ağasadıq oğludur. Elçin Sadıqov həm də "Dokta” MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. 
Mətbuatın yazdığına əsasən, MMC-nin sahibi deputat Cavanşir Feyziyev olduğu deyilir. 

Xəbərlər