Plenar iclaslar, Qanun Layihələri 20 Dekabr 2021, 16:02 | Baxış sayı: 87
“Hazırda ölkə əhalisinin 47,2%-i kənd yerində yaşayır. Kənd yerində yaşayanlardan 49%-i iqtisadi fəal əhalidir”.

“Hazırda ölkə əhalisinin 47,2%-i kənd yerində yaşayır. Kənd yerində yaşayanlardan 49%-i iqtisadi fəal əhalidir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri Sabir Rüstəmxanlının ötən iclasda kənd yerlərində yaşayanların peşə hazırlığına cəlb edilməsinə ehtiyac olmaması ilə bağlı fikrinə münasibət bildirib: “Kənd yerində yaşayanların peşə hazırlıqlarına cəlb edilməsi olduqca vacibdir. Kənd yerində yaşayanlara da dülgər və s. lazım olur”.

M. Quliyev qeyd edib ki, işaxtaran kimi qeydiyyata alınanların çoxu təcrübəsi olmayan, bir hissəsi isə öz ərizəsi ilə işdən çıxan şəxslərdir: “600 000 nəfərə pandemiya dövründə birdəfəlik ödənişlər verildi. Amma onların hamısı iqtisadi fəal əhali deyil. Onların çox hissəsi evdə oturub, bu da onların hüquqlarıdır. Öz ərizəsi ilə işdən çıxanlarla bağlı isə Dövlət Məşğulluq Agentliyi ilə danışıqlar aparırıq. Əgər danışıqlar nəticə verərsə, gələcəkdə öz ərizəsi ilə işdən çıxan və bir müddət işsiz qalan şəxslərə hər hansı bir şəkildə sosial müavinət və ya dəstək verilə bilər”.

Parlamentin kiçitə sədri onu da qeyd edib ki, pandemiya dövründən xarici turizm demək olar ki, dayanmışdı: "Buna baxmayaraq, daxili turizmin inkişafı hesabına 6863 nəfər yenidən işə qəbul olunub. Araşdırmalarımıza əsasən bu rəqəm daha çox vaxtilə əmək müqaviləsi bağlanmayan şəxslərlə əmək müqavilələrinin bağlanması ilə bağlıdır”.

Xəbərlər