Plenar iclaslar 20 Oktyabr 2023, 12:55 | Baxış sayı: 76
"Haqsız rəqabətin formalarından biri inhisarçılıqdır, bu isə Məcəllədə əksini tapmayıb"

Biz bu qələbəni iqtisadiyyatımız Ermənistanla müqayisədə güclü olduğu üçün əldə etmişik. Mərhum Prezident Heydər Əliyevin deyirdi ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Rəqabət Məcəlləsinin müzakirəsi zamanı deyib.

Deputat təklif edib ki, rəqabət orqanı çoxpartiyalı sistemə əsasən formalaşdırılsın: “Azərbaycanda iqtisadiyyatın əsas hissələri dövlətin nəzarətindədir. Haqsız rəqabətin formalarından biri inhisarçı fəaliyyətdir ki, bu da Məcəllədə öz əksini tapmayıb. Dövlətin mülkiyyətində olanlar ilk olaraq özəlləşdirilməli və parçalanmalıdır ki, onların bazarda payı 35 %-dən çox olmasın”.

Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycanda Cinayət Prosessual Məcəlləyə dəyişiklik edilməlidir: “Bu cür cinayətlərlə Vergi Xidməti məşğul olmalıdır. Əgər iqtisadi sferada cinayət tərkibi olarsa, bu məlumatlar hüquq mühafizə orqanları tərəfindən aidiyyəti qurumlara göndərilməlidir. Qaçaqmalçılıqla bağlı cinayət işləri Dövlət Gömrük Komitəsinə göndərilməlidir. Rusiyada artıq belə addım atılıb. Bizdə də bu addımın atılması iqtisadiyyatın inkişafına səbəb ola bilər”.

APA

Xəbərlər