KOMİTƏ İCLASLARI 4 İyul 2023, 15:24 | Baxış sayı: 135
"Hansısa şəxsin ölkəyə özü üçün gətirdiyi dərmana say məhdudiyyəti qoymaq doğru deyil"

"Vətəndaşımız qiymət fərqinə görə və yaxud da dərmanın keyfiyyətinə şübhə ilə yanaşması səbəbi ilə xaricə gedib özü üçün dərman alıb gətirirsə, ona konkret say məhdudiyyəti qoymaq, hesab edirəm ki, doğru deyil".

 

Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında Komitə sədri Əhliman Əmiraslanov çıxışı zamanı deyib.

 

“O adam özü üçün aldığı dərmanı aptekə vermir ki, ya satmır ki. Belə hal ola bilərsə, bununla bağlı xüsusi araşdırma aparılmalıdır. Lakin hansısa şəxsin ölkəyə özü üçün gətirdiyi dərmana say məhdudiyyəti qoymaq doğru deyil”, - deputat vurğulayıb./APA

Xəbərlər