“Hamı parklama qiymətlərindən narazıdır”
Ümumi
28 Mart 2024, 15:52 | Baxış sayı:
203
“Parklanma qiymətlərinin yüksək olması hamını narahat edir. Müsbət fikir yoxdur, hamı qiymətlərdən narazıdır. 15 dəqiqəyə 1 manat pul vermək... Həm sutkalıq, həm də saat baxımından parklama qiymətləri çox bahadır”.
Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
“Hələ qiymətlərdən razı olan insan görməmişəm. Narahatlığım bundan ibarətdir ki, axı bu qiymətlər dəyişəndə hər dəfə əvvəlcədən etiraz edirik, deyirik “etmə, eləmə”. Amma görürsən ki, edirlər. Bax, nəticədə narazılıqlar hökumətə qarşı yönəlir. Təbii ki, parklama qiymətlərindən mən də narazıyam. Nə qədər gec deyil, qiymətləri dəyişmək lazımdır”, - deputat bildirib.
pravda.az