Plenar iclaslar, Qanun Layihələri 23 Noyabr 2022, 12:25 | Baxış sayı: 230
“Hamı onda nazirlərin nömrəsini biləcək”

“Hesab edirəm ki, dövlət qulluqçusu, ümumiyyətlə, heç bir siyasi partiyaya üzv olmamalıdır”.

 

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

 

Deputat bildirib ki, partiyanın internet portalı yarada bilməməsi ilə bağlı müddəa absurddur: “Ümumiyyətlə, 13 və 14-cü maddələr qanun layihəsindən çıxarılmalıdır. Partiyalara göstəriş verilir ki, partiyanı necə idarə etsinlər! Buna partiya özü qərar verməlidir. Burada idarə heyətinin, sədrin olması tələb kimi qoyur. Bu, hansı məntiqə sığır? Bu maddələrdəki məsələləri partiyalar özü həll etməlidir, xırdalıqlara getmək düzgün deyil. Yerli təşkilatlarla bağlı layihədə olan tələb çox vacib məsələdir. Bizdə çoxlu etnik xalq yaşayır. Bu qanunla onların hər biri partiya yarada, xaricdən belə insanlar məqsədyönlü şəkildə ortaya atıla bilər. Partiyanın mərkəzi orqanının Bakıda olması məsələsinə də baxmaq lazımdır. Üzvlərlə bağlı tələblər layihədə var, üzvlərin telefonlarının reyestrə daxil edilməsi tələb kimi qoyulur. Telefon nömrəsi bir növ məxfidir. Bu məsələdən YAP xüsusilə narazı olmalıdır. Çünki hamı onda nazirlərin nömrəsini biləcək. Digər məsələ isə maliyyə yardımı ilə bağlıdır. Dövlət büdcəsindən ayrılan vəsaitin 40%-nin parlamentdə təmsil olunan partiyalar arasında bölünəcəyi deyilir. Niyə? Bunu 60% edək. Bu, YAP-ın dövlət büdcəsindən maliyyələşməsinə daha çox oxşayır. Biz bu yardım məsələsinə baxmalıyıq”.

Xəbərlər