KOMİTƏ İCLASLARI 3 Noyabr 2023, 16:05 | Baxış sayı: 229
"Hakimlər 10 min manatdan az maaş almamalıdır."

​Hakimlərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının maaşlarının artırılmasına diqqət yetirilməlidir”.

Bu fikirləri deputat Qüdrət Həsənquliyev büdcə müzakirələri deyib.

“Mən polislərin maaşı məsələsini parlamentdə qaldıranda cavab verdilər ki, polislər maaşlarından razıdır. Amma mən millət vəkili olaraq özümə borc bilirəm xatırladım ki, gizli sorğularda polislərin maaşlarından ciddi narazı olması baradə məlumatlar var. Hakimlərin sayı onsuz da azdır. Hakimlər 10 min manatdan az maaş almamalıdır. Ədalət olmayacaqsa, qarşıda duran problemlər həll olunmayacaq.

Bu yaxınlarda Ali Məhkəmə hakimləri ilə söhbət edirdim. Deyirlər ki, biz aparatı Ali Məhkəmə hakimlərinin işinə kömək məqsədilə yaratdıq, amma xarici səfərə gedəndə aparatın rəhbəri biznes-klasda gedir, biz ekonom-klasda” , - deyə deputat bildirib.

demokrat.az

Xəbərlər