KOMİTƏ İCLASLARI, Qanun Layihələri 11 Noyabr 2021, 16:58 | Baxış sayı: 172
"Gəncədə 4000-dən çox daimi iş yerinə ehtiyac olduğu halda, yeni açılan iş yerləri bundan dəfələrlə azdır".

“Əmək məhsuldarlığının yüksəldilməsi hər bir dövlətin qarşısına qoyduğu prioritet məsələlərdən biridir”.

APA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri əmək məhsuldarlığının yüksəldilməsi istiqamətində hökumətin planları ilə maraqlanıb: “İş yerlərinin açılması məşğulluğun daha geniş miqyasda təmin olunmasına şərait yaradardı. Vətəndaşlarımızın yeni iş yerləri axtarmasına zərurət yaranıb. Məsələn, Gəncədə 4000-dən çox daimi iş yerinə ehtiyac olduğu halda, yeni açılan iş yerləri bundan dəfələrlə azdır. Müraciətlərin çoxu işsizliklə bağlıdır. Pandemiya dövründə də gördük ki, insanlar sosial iş yerlərinə o qədər də həvəslə getmirlər. İş yerlərinin açılması daha çox özəl sektorun üzərinə düşür. Amma özəl sektoru da təşviq etmək üçün işlər görülməlidir”.

Xəbərlər