Cəmiyyət 4 Noyabr 2021, 15:31 | Baxış sayı: 209
"Gələcəyimiz olan gəncləri döyərək tərbiyələndirmək olmaz".

"Belə insanları məktəbdən uzaqlaşdırmaq lazımdır"

Mövzu ilə bağlı Bakupost.az -a millət vəkili Fəzail Ağamalı bildirib ki, o, şagirdə əl qaldıran, onu vuran, xəsarət yetirən müəllimləri şiddətlə qınayır:

“Müəllim heç bir halda şagirdə əl qaldırmalı, təzyiq göstərməli deyil. Gələcəyimiz olan gəncləri döyərək tərbiyələndirmək olmaz. Əgər şagird müəllimin sözünə baxmırsa, davranışları qəbul edilən deyilsə, dərslərə hazırlıqlı gəlmirsə, bunun zorakılıqla, təzyiqlə qarşısını almaq olmaz. Müəllim ilk öncə bütün bunların səbəbini öyrənib araşdırmalıdır. Öyrənmək lazımdır ki, şagird nəyə görə özünü bu cür aparır. Bununla bağlı məktəbin psixoloqu ilə məsləhətlər aparmalıdır. Valideyni məktəbə çağrılmalıdır. Müəllim, psixoloq və valideyn birləşib üçü birgə vəziyyətdən çıxış yolu tapmalıdırlar”.

F.Ağamalının dediyinə görə, şagirdə təzyiq, şiddət göstərənlərə müəllimlik yaraşmır. Belə insanları məktəbdən uzaqlaşdırmaq lazımdır.

Millət vəkili Musa Quliyev hesab edir ki, kimliyindən aslı olmayaraq, müəllimin şagirdi döyməsi, zor tətbiq etməsi yolverilməzdir:

“Hazırda dünyanın heç bir yerində şagirdi döymək praktikası mövcüd deyil. Müəllimə heç kim haqq vermir ki, şagirdə əl qaldırsın. Onu döysün, vursun. Müəllimin şagirdi döyməsi cinayət əməlidir. Bəziləri hesab edir ki, müəllim şagirdi döyməklə ona yaxşı tərbiyyə verir. Bu yalnış düşüncə, səf fikirdir. İnsanı döyməklə tərbiyələndirmək olmaz”.

M. Quliyevin sözlərinə görə, şagirdi döyən hər bir müəllimlər qanun qarşısında cavab verməlidirlər: “Şiddət görən uşaq yaxşı vətəndaş kimi yetişə bilməz. Şiddət, təzyiq altında uşaqlar vətəndaş yox, qul kimi böyüyürlər. Ümid edirəm ki, zaman keçdikcə, yeni dövrün müəllimləri bu metodikanı unudacaqlar”.

Xəbərlər