Plenar iclaslar 1 Fevral 2024, 15:00 | Baxış sayı: 38
"Geni dəyişdirilmiş məhsullardan xilas olmaq lazımdır"

Azərbaycan xalqı sağlam yaşamalıdır, əhalini geni dəyişdirilmiş məhsullardan xilas etmək lazımdır.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli bildirib.

"Azərbaycanda satılan kənd təsərrüfatı məhsullarının üzərində lazımi məlumatlar öz əksini tapmalıdır. Bəzən deyirlər ki, heç kim acından ölmür, kifayət qədər ərzaq var. Doğrudur, indi məhsul çoxdur, amma geni dəyişdirilmiş məhsulların hesabına çoxdur. Ola bilsin insanlar bir az çox yaşayır, amma xəstə yaşayır. İnsanların 90 %-i geni dəyişdirilmiş məhsulların qəbuluna görə uşaqlıqdan qocalığa qədər xəstə olur, müəyyən orqanlar sıradan çıxır, ömür boyu dərman qəbul edib sağlamlığını qorumağa çalışırlar. Bütün məhsulların geni dəyişdirilib. Heyvanlara geni dəyişdirilmiş yem yedizdirilir. Azərbaycan əhalisini geni dəyişdirilmiş, zəhərli, öldürücü məhsullardan xilas etmək lazımdır", - deyə o qeyd edib.

report.az

Xəbərlər