Cəmiyyət 3 Noyabr 2023, 16:04 | Baxış sayı: 228
"Gediş haqqı olduğu kimi qalmalı, aradakı fərq dövlət büdcəsi hesabına ödənilməlidir"

Düşünürəm ki, metroda gediş haqqı artırılmamalıdır. Hər gün təxminən 700 min nəfərə qədər paytaxt sakini və qonaqlar bu ucuz nəqliyyat vasitəsindən istifadə edir. Ola bilər ki, doğrudan da daşınma xərci gediş haqqından çoxdur. Gəlin, bu fərqi biz dövlət büdcəsi hesabına ödəyək, nəinki qiyməti qaldırmaqla”.

Bunu açıqlamasında son günlər metroda gediş haqqının artırılacağı barədə ehtimallara münasibət bildirən deputat Aydın Mirzəzadə deyib.  O əlavə edib ki, əgər gediş haqqı 70 qəpik olarsa, bir qisim insan artıq metrodan istifadə edə bilməyəcək:

“Vətəndaşlar ünvana çatmaq üçün avtobusa minməli olacaqlar ki, bu da onsuz da sıxlıq olan avtobuslarda vəziyyəti daha da dözülməz edəcək, tıxaclı Bakı yollarında hərəkət daha da çətinləşəcək. Gediş haqqı olduğu kimi qalmalı, aradakı fərq dövlət büdcəsi hesabına ödənilməlidir. Hər il dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə dotasiya ayrılır. Bu elə də böyük xərc tələb etmir”.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib ki, ötən il bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib. 

demokrat.az
 

Xəbərlər