Siyasət 27 Sentyabr 2023, 16:08 | Baxış sayı: 165
"Qarabağda qalmaq istəyən ermənilər Azərbaycanla Ermənistanın fərqini görəcək"

"Qarabağda yaşayan ermənilərin böyük bir hissəsi kənardan gələnlər idi. Azərbaycanla bağlılıqları yox idi. Suriyadan, İraqdan, Ermənistandan köçürülənlər var idi. Bir qismi vaxtilə babasının zorla köçürüldüyü və özünü sahibi hesab etdiyi torpaqlarda yaşamaq istəmir. Bu onların şəxsi seçimidir".

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, bununla belə Azərbaycanda yaşamağa davam etmək istəyən Qarabağ erməniləri də az deyil:

"Dünəndən bəri sosial şəbəkələrdə videoları izləyirəm. Bəzi erməni sakinlər qalmaq istədiklərini deyirlər. Azərbaycan onlara vətəndaşlıq təklif edir.

90-cı illərdə Ermənistanın işğalı nəticəsində vətəndaşlarımız ayağı yalın öz yurdlarından qovuldu. Qışın şaxtasında gecə vaxtı qoca, körpə, qadın, uşaq Xocalıdan qaçıb, canını qurtarmağa məcbur oldu. Günahsız insanlar öldürüldü, əsir götürüldü. Lakin indi ermənilərə öz əşyalarını götürüb rahat şəkildə şəxsi istəkləri ilə getməyə şərait yaratmışıq.

Zaman özü göstərəcək ki, nə qədər erməni Xankəndində qalacaq. Orada yaşayan insanlar Azərbaycanla Ermənistanın fərqini görəcək. İndinin özündə sosial şəbəkələrdə erməni istifadəçilər yazır ki, Azərbaycan Ermənistandan qat-qat irəlidədir".

demokrat.az

Xəbərlər