Siyasət 2 İyul 2023, 0:15 | Baxış sayı: 92
“Fransada Azərbaycan Dövlət Televiziyasının əməkdaşlarına qarşı edilmiş hücum mənəvi terrordur”

Fransada Azərbaycan Dövlət Televiziyasının əməkdaşlarına qarşı edilmiş hücum azad jurnalistika fəaliyyətinə qarşı mənəvi terror səciyyəsi daşımaqla, Fransa kimi insan haqq və hüquqlarının müdafiəçisi olan bir dövlətin beynəlxalq imicinə xələl gətirməkdədir.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Naqif Həmzəyev bildirib.

 

N.Həmzəyevin sözlərinə görə, çəkiliş qrupunun materiallarının əllərindən alınaraq, yararsız hala salınması və jurnalistlərin ölümlə hədələnməsi Fransada təkcə Azərbaycanlı jurnalistlərə qarşı yox, bütövlükdə jurnalistika fəaliyyətinə qarşı yönəldilmiş təhdid xarakteri daşımaqdadır: “Bir daha xatırlatmaq istərdik ki, azad jurnalist fəaliyyəti hər bir demokratik dövlətin sütunlarından biridir və jurnalistlərə qarşı təhdid, dövlətin demokratik xarakterinə yönəlmiş təhdid mənasını daşımaqdadır. Azərbaycan Dövlət Televiziyasını hədəfə alan bu radikal addımı qətiyyətlə pisləyərək, Fransa hüquq-mühafizə orqanları tərəfindən tez bir zamanda aşkar ediləcəklərini və qanun qarşısında layiqli cəzanı alacaqlarını ümid edirik”.

Xəbərlər