Siyasət 24 İyun 2023, 15:53 | Baxış sayı: 117
"Fransa və İran sülh prosesinə müdaxilə etməyə çalışır"

“Prezident İlham Əliyevin Komando hərbi hissəsində döyüş bayrağının təqdim olunması mərasimindəki çıxışı özündə dövlətimizin bu günkü Azərbaycan- Ermənistan münasibətlərinə yanaşmasını əks etdirir”.

Bunu 24 İNFO-ya açıqlamasında Milli Məclisin üzvü Cavanşir Feyziyev bildirib.

O deyib ki, sözü gedən çıxışda həm Ermənistana, həm də Azərbaycan-Ermənistan münasibətlərinə maraq göstərən və bu prosesdə hər hansı şəkildə iştirak etmək istəyən üçüncü tərəflərə lazımi mesajlar öz əksini tapıb:

“Hazırda ABŞ, Avropa Birliyi və Rusiya ayrı-ayrılıqda iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqlarda vasitəçilik edir və tərəflər arasında sülh müqaviləsinin imzalanmasına çalışırlar. Belə bir vəziyyətdə Fransa və İran kimi dövlətlər vaxtaşırı bu prosesə müdaxiləyə cəhd göstərir. Həm bu, həm də rəsmi İrəvanın fərqli istiqamətlərdən gələn siqnallara reaksiyası Ermənistanın mövqeyində pərakəndəlik yaradır sülh danışıqlarına destruktiv təsir edir”.

Parlamentari onu da bildirdi ki, dövlət başçısının nitqi Ermənistanı sülh müqaviləsindən yayındıran üçüncü dövlətlərə də mühüm xəbərdarlıqdır.

C. Feyziyevin qənaətinə görə, Ermənistanda əhali hakimiyyətdən daha çox bizim prezidentimizə inanır və real vəziyyəti məhz onun çıxışlarından öyrənməyə çalışır.

Xəbərlər