"Fransa və Ermənistan çoxlu qətllər törədib"
“Fransa nə üçün Ermənistana sevgi bəsləyir?! Tarixə nəzər yetirsək görərik ki, hər ikisi çoxlu qətllər törədib. Deməli, onların genetik kodunda insan öldürmək, soyqırım törətmək uyğunluğu var”.
“Report” xəbər verir ki, bu sözləri Milli Məclis (MM) sədrinin müavini Fəzail İbrahimli parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Fransa senatının qəbul etdiyi qətnamə təkcə erməni sevgisindən irəli gəlmir:
“Bu, tarix boyu türk dövlətlərinin güclənməsinə qarşı çıxmaqdan qaynaqlanır. Bir atalar misalı var: “Dəyirman bildiyini edir, ancaq çak-çak baş ağrıdır”. Güclü millətin zəfər addımı bütün dünyaya nümunə olmalı və lazımi nəticələr çıxarılmalıdır. Azərbaycan bu günə qədər həmişə özünün haqq səsini qaldırır və bundan sonra da öz torpaqlarını müdafiə edəcək”.
Sədr müavini əlavə edib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə ilə türk xalqının regionda söz sahibinə çevrilməsi xristian qərb dövlətlərini narahat etməyə bilməz:
“Təəssüf ki, bu sırada İran çox canfəşanlıq edir. Minlərlə insanın İranın gözü qabağında qətlə yetirilməsi, faciələr törədilməsi, Xocalı soyqırımının baş verməsi, məscidlərin murdarlanması və digər hallar məzh xristian dövlətlər tərəfindən törədilir. Bütün bu əməllərdən xəcalət çəkmək əvəzinə ermənilərin yanında dururlar. İran parlamentinin bəzi üzvləri hövsələdən çıxıb bütün qırmızı xətti keçib məsləhətlər verirlər. Azərbaycan müstəqillik əldə edəndən başlarına daş düşüb. Bütün varlıqları ilə sağdan-soldan Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Bu gün İran orada baş verən hadisələrdən nəticə çıxarmalıdır. 30 milyonluq insanın hissləri ilə oynamaq olmaz. Hesab edirəm ki, İran parlamentinin deputatlarının özləri tarixə qayıdıb atdığı əməllərdən peşmanlıq çəkməlidirlər”.