"Fransa rəsmi Bakı ilə Qarabağ ermənilərinin yaxınlaşmasına mane olmağa çalışır"
Plenar iclaslar
4 Aprel 2023, 13:15 | Baxış sayı:
156
Fransa rəsmi Bakı ilə Qarabağ ermənilərinin yaxınlaşmasına mane olmağa çalışır”.
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Musa Qasımlı bildirib.
Musa Qasımlı deyib ki, Fransanın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri puça çıxacaq: “Azərbaycan rəhbərliyi Fransa rəhbərliyini qarşısına qoyaraq ədalətdən ustad dərsi keçə bilər. Fransada Azərbaycanın daxili işlərinə yönəlik tədbirlər keçirmək mənasızdır”.