Siyasət 1 Noyabr 2023, 3:27 | Baxış sayı: 106
"Fransa kimi Ermənistanın digər “bacı”sı Kanada da onun yanında yer almağa çalışır"

Azərbaycan indiyə qədər heç bir dövlətə qarşı sanksiya tətbiq etməyib. Lakin bizi sanksiyalarla hədələyənlər olub. ABŞ konqresmenləri və senatorları, rüşvət və korrupsiyaya bulaşmış avropalı parlamentarilər sanksiya tətbiq etməklə bağlı açıqlamalar versələr də sonda nəyəsə nail ola bilməyiblər”.

Bunu açıqlamasında deputat Elman Nəsirov deyib. O qeyd edib ki, Fransa kimi Kanada da sinxron davranış ortaya qoyur:

“Fransa kimi Ermənistanın digər “bacı”sı Kanada da onun yanında yer almağa çalışır. Pandemiya dövründə də Kanada özünü göstərdi. Vaksin millətçiliyi yeridən dövlətlərin başında elə Kanada dayanırdı. Əhalisinin sayından 3-4 dəfə çox vaksin almışdı ki, kasıb dövlətlər vaksinlə təchiz edilməsin. Bu, Kanadanın simasızlığını ortaya qoydu.
Rəsmi Ottava ağlını başına yığıb, Azərbaycanla münasibətlərdə yanlış mövqe tutduğunu gec-tez dərk etməlidir”.

demokrat.az

Xəbərlər