Siyasət 2 Dekabr 2022, 12:42 | Baxış sayı: 145
“Fransa hökuməti vətəndaşlarının problemlərinin həlli ilə məşğul olsun”

“Fransa Milli Assambleyası ölkəmizə qarşı beynəlxalq hüquq və normalara, prinsiplərə zidd, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli və ədalətsiz akt qəbul edib. Bundan əvvəl də Fransa Senatı noyabrın 15-də bənzər qətnamə qəbul etmişdi. Sözügedən qətnamələr Fransanın siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Əlbəttə, Azərbaycan cəmiyyətində hər iki qətnamə şiddətlə qınanılır, insanlar ciddi narahatlılqarını bildirirlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, Fransa Ermənistanın 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi işğalçı və terrorçu siyasətinə heç bir təzyiq göstərməyib: “Tam əksinə, Fransa ermənipərəst mövqe nümayiş etdirdi, Ermənistanın maraqlarına uyğun ikili standartlar siyasətini yürütdü. Fransanın qanunverici orqanının, o cümlədən hakimiyyət orqanlarının bu addımları Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinə, münasibətlərin normallaşmasına çox ciddi zərbə vurur. Bu, bölgədə erməni şovinist ideyasının məqsədlərinə xidmət edərək, revanşist və aqressiv separatçı qüvvələri daha da həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. İnsanlıq əleyhinə cinayətlər törətmiş bir ölkə Azərbaycanı əsassız yerə Ermənistana qarşı müharibə cinayətləri törətməkdə ittiham edir. Bu, əlbəttə ki, çox ciddi təəssüf doğurur. Bir çox ölkələrdə qanlı qətliamlar törədərək milyonlarla insanın həyatına son qoymuş soyqırımıları törətmiş Fransa bu gün ölkəmizi hədəf almaqla ermənipərəst mövqeyini bir daha nümayiş etdirir. Ermənistanda işğalçı və revanşist qüvvələrə bölgədə yeni təhdidlər yaratmaları üçün əlavə stimul verir. Fransanın qəbul etdiyi qətnamələr kağız parçasından başqa bir şey deyil. Azərbaycan artıq qalib, Cənubi Qafqazda lider, dünyada söz sahibinə çevrilmiş ölkədir. Fransa Azərbaycana qarşı əsassız ittihamlarından əl çəkməlidir. Yaxşı olar ki, öz daxilində olan problemlərini həll etsin, orada tüğyan edən irqçilik, islamafobiya və anti-semitizim hallarının qarşısını alsın, öz sadə vətəndaşlarının problemlərinin həlli ilə məşğul olsun. Belə əsassız ittihamlarla Azərbaycanı öz haqlı, ədalətli yolundan heç bir qüvvə bundan sonra da çəkindirə bilməz”.

Xəbərlər